Bizim seçimİqtisadiyyat

10 min dollardan artıq kreditlərə güzəşt edilməyəcək (RƏSMİ)

“10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər”.

Qaynarinfo xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

AMB sədri qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqəsinin problemli kreditlərinin həlli idi: “Prezidentin dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edir. 10 min, 20 min, 50 min dollarlıq kredit artıq biznəs kreditləridir. Biznes sahibləri risklər üçün özləri cavabdehdirlər. Dövlətin bu yükü üzərinə götürmək öhdəliyi yoxdur”.

Bənzər yazılar

Back to top button