İqtisadiyyat

“Reform AZ” gömrük qaydalarını pozub

“Reform AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməlik olub.

Hit.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.

İşə 31.07.2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

Bənzər yazılar

Back to top button