İdman

Zidan Vengeri geridə qoydu

“Real”ın baş məşqçisi Zinəddin Zidan yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, 48 yaşlı mütəxəssis buna Çempionlar Liqasının 1/4 finalda “Liverpul” səddini (3:1, 0:0) keçməklə nail olub. Beləliklə, Zidan karyerası ərzində 4-cü dəfə turnirin yarımfinalına vəsiqə əldə edib. Bu nəticə ilə o, “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Vengeri (3 dəfə) geridə qoyub və ÇL tarixində ən çox yarımfinala yüksələn fransalı məşqçi olub.

Qeyd edək ki, “Real”ın yarımfinaldakı rəqibi “Çelsi”dir.

Bənzər yazılar

Back to top button