Bizim seçimSiyasət

Gürcüstan Azərbaycanla mübahisəli sərhədə görə komissiya yaratdı

“Gürcüstan hökuməti bugünkü iclasında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibini təsdiq edib”.

AzToday.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia komissiyanın sədri təyin olunub.

XİN başçısı komissiyanın ilk iclasının gələn həftə – mayın 14 və ya 15-də keçiriləcəyini qeyd edib. (Report.az)

Bənzər yazılar

Back to top button