İdman

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub – Turnirin ən yaxşıları məlum oldu

Slovakiyanın Koşitse şəhərində keçirilən mini-futbol üzrə Avropa çempionatının ən yaxşı futbolçularının adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, turnirin qalibi olan Azərbaycanın mini-futbol millisinin iki üzvü fərqlənib. Davud Kərimi yarışın ən yaxşı qapıçısı, Bəxtiyar Soltanov isə ən yaxşı oyunçusu seçilib. Futbolçularımıza xüsusi mükafat təqdim edilib.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.

Bənzər yazılar

Back to top button