Bizim seçimHadisəİqtisadiyyat

Dələduzluqda ittiham olunan iş adamı həbsdən azad olunur – İlham Qasımov hansı məmurla anlaşdı?

İş adamı İlham Qasımovun hakimiyyətin yuxarı dairlərində ciddi himayədar tapdığı və həmin şəxsə azad olunması üçün bir neçə milyon dollar “hədiyyə” etdiyi deyilir

Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 12 il azadlıqdan məhrum edilən iş adamı İlham Qasımovla bağlı AzToday.az-a maraqlı məlumat daxil olub.

Məlumatda bildirilir ki,  “Real” MTK-nın vaxtı ilə təsisçisi və sahibi olmuş İlham Qasımov iş adamı Gülağa Tənha ilə aralarında baş verən qalmaqallı məhkəmə prosesində uduzduqdan sonra yeni yollar aramağa başlayıb. Mətbuatda anasının və ailəsinin adından müxtəlif müraciətlər edərək günahsız olduğunu car çəkən iş adamı bu dəfə susqunluğa çəkilib. Məsələ ilə bağlı AzToday.az-ı bilgiləndirən mənbənin iddiasına görə İlham Qasımov artıq bütün müraciətləri dayandıraraq hakimiyyətin yuxarı dairələrindəki bəzi məmurlarla gizli danışıqlara start verib. Bu danışaqlar isə bir neçə qoldan aparılır. Qasımovlar ailəsinə çox yaxın olan mənbənin iddiasına görə, danışıqları iş adamının kirvəsi müğənni Manaf Ağayev, iş adamının qardaşı İslam Qasımov və özü həyata keçirir.

Məlumatlı mənbəmiz qeyd edir ki, aparılan danışıqlardan məmnun qalan İlham Qasımov yaxın çevrəsinə söz göndərərək qısa zamanda həbsdən qurtulacağı mesajını verib.

İlham Qasımovun tikinti biznesini idarə edən qohumları biraz da qabağa gedərək onun azad olunması üçün hakimiyyətdəki ciddi bir məmura bir neçə milyon dollar “hədiyyə” etməsini də deyib. Görünür aparılan danışıqlarda hansısa məmur İlham Qasımovu əmin edib ki, səssizliyə qapıl və bir müddət sonra həbsdən azad olunacaqsan. Məhz buna görədə Qasımovlar ailəsi dərin sevincə qapılıblar. İnformasiya mənbəmiz onuda qeyd edir ki, iş adamının yaxın qohumlarının hansısa məmura bir neçə milyon “hədiyyə” etməsi söhbəti əslində inandırıcıdır. Çünki son bir ayda iş adamın həyat yoldaşı məhkəmə tərəfindən siyahıya allınmayan bir neçə mülkü və obyekti satışa çıxardıb. Bundan başqa hazırda Sahil Cahangirlinin rəhbərlik etdiyi “Real” MTK nın və “Sahil” D şirkətlərinin balansında olan binalarda Qasımovlar ailəsinə məxsus mənzillər satışa çıxardılaraq satılıb.  Məlumatda İlham Qasımovun o vəsaiti əldə etmək üçün Ukraynadakı biznesini də satdığı əksini tapıb.

İş adamı Gülaga Tənhaya 19 milyon və digər iş adamlarına isə 10 milyonlarla manat vəsait atan İlham Qasımov indi yeni “himayədarı”nın köməyi ilə dəmir barmaqlılardan xilas olması çox maraqlıdır.

Qeyd edək ki, bir neçə həftə öncə iş adamı İlham Qasımov hazırda Penitensiar Xidmətin xəstəxanasında şəraitli bir otaqda yatması barəəd məlumat vermişdik. Həmin məlumatı saytımıza verən Penitensiar Xidmətin əməkdaşının bildirdiyinə görə İlham Qasımov xəstəxanada onun üçün qurulan gözəl şəraitə görə ayda 3500 manat haqq verir. Cəzaçəkmə müəsissəsində krallar kimi yaşayan iş adamı tikinti biznesini də buradan açıq aşkar idarə edir. Mövzuya qayıdacağıq.

Bənzər yazılar

Back to top button