DünyaXəbərlər

Sapıqlığın PİK həddi: İŞİD kamikadzelərinə “cənnət pasportu” paylayır (FOTO)

İŞİD terror qruplaşmasının rəhbərliyi kamikadze hücumlarına göndərdiyi silahlılara “cənnətə giriş pasportu” verir.

AzToday.Az xəbər verir ki, bu barədə Türkiyənin “Vətən” qəzetində məlumat yayılıb.

Məlumatda bildirilir ki, İraqın Mosul, Suriyanın isə Raqqa vilayətlərində çıxılmaz vəziyyətə düşən İŞİD terror qruplaşmasının rəhbərliyi terrorçuların əhval-ruhiyyəsini yüksək saxlamaq üçün müxtəlif üsullara əl atır. Belə ki, qruplaşma rəhbərliyinin intihar döyüşçülərinə “Cənnət pasportu” verdiyi məlum olub.

İŞİD rəhbərliyinin xəbis niyyətinin təzahürü olan bu pasportlarda, “Bu pasportun sahibi sadəcə cənnətə gedə bilər. Pasportun sahibi cəhənnəmə gedə bilməz.” – yazılıb.

Hər hansı bir ad olmayan pasportun qrafalarında belə yazılıb:
Adı: Müsəlman
Atasının adı: İslam
Anasının adı: Təqva
Anadan olduğu yer: Dünya
Peşəsi: İslamı dünyaya yaymaq
Qüvvədə olduğu yer: Cənnət

Xəbərə mövzu olan pasportun fotolarını oxucularımıza təqdim edirik:

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button