Gündəm

Mərhum nazir Natiq Əliyevi kim əvəz edir?

Hazırda mərhum energetika naziri Natiq Əliyevi heç kim əvəz etmir.

AzToday.Az xəbər verir ki, bu barədə modern.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.

Qurum rəsmisi bildirib ki, nazirliyin işi əvvəlcədən planlı şəkildə qurulub: “Nazir müavinləri Gülməmməd Cavadov və Natiq Abbasov öz istiqamətləri üzrə işləri davam etdirirlər. Bu istiqamətlər üzrə də heç bir problem yoxdur”.

Yeni nazir təyinatına gəlincə, Z.Əliyeva bu məsələnin ölkə başçısının səlahiyyətində olduğunu bildirib.

Xatırladaq ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı. O, iyunun 6-da İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.

Bənzər yazılar

Back to top button