Hadisə

Yataqxanada qaz partlaması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Ötən gecə Bakının Bakıxanov qəsəbəsində məcburi köçkünlərin yaşadığı ikimərtəbəli yataqxanada baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

FHN-in məlumatına görə, partlayış birinci mərtəbədə baş verib. Hadisənin məişət qazının sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Partlayış dağıntılara səbəb olub. Dağıntıların altından bədən xəsarətləri almış iki nəfər və bir sakinin meyiti çıxarılıb.

Araşdırma aparılır. Məlumatda ölən və xəsarət alan şəxslərin adları, cinsləri və yaşları göstərilməyib.

Bənzər yazılar

Back to top button