Cəmiyyət

“Bərabər Hüquqlar-Bərabər İmkanlar” adlı layihə başa çatdı

Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması, ailədaxili münaqişələrdə mülkiyyət məsələlərinin tənzimlənməsi, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi və bu sahədə gənclərin maarifləndirilməsi məqsədilə “Bərabər Hüquqlar-Bərabər İmkanlar” adlı layihə icra edilib.

“Bərabər Hüquqlar-Bərabər İmkanlar” adlı layihəsinin başa çatması ilə əlaqədar olaraq 23 iyun 2017-ci il tarixdə Teatro Boutique Hoteldə dəyirmi masa təşkil olunub. Layihənin rəhbəri, “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova layihənin icrası zamanı qarşılaşdıqları çətinliklərdənvə uğurlu işlərdən danışıb. Belə ki, layihənin icrası zamanı məişət zorakılığı qurbanlarına hüquqi məsləhətlər verilib, hüquqları dövlət qurumlarında müdafiə olunub. Həmin şəxslərin adından sorğular, iddia və şikayət ərizələri hazırlanıb və məhkəmələrdə müdafiə işi həyata keçirilib.

Layihə rəhbəri Ailə Hüquq Akademiyasının yaradılmasının vacibliyini qeyd edib: “Ailə Hüquq Akademiyasının məqsədi ailə məsələlərinin həll olunması üçün ixtisaslaşmış mütəxəssislər hazırlamaqdır. Ailə, Qadın və Uşaq Probmlemləri üzrə Dövlət Komitəsi ilə razılaşma əldə edilib. Belə ki, Komitəyə müraciət edən sosial ehtiyacli, aztəminatlı ailələrin hüquqi probləmlərinin həll olunması üçün onlar Akademiyaya yönləndirilir. Akademiyanın hüquqşünasları tərəfindən həmin işlərə baxılır və hüquqları müdafiə olunur”.

Dəyirmi masada QHT nümayəndələri, beynalxalq təkilatların nümayəndələri, eyni zamanda hüquqşünaslar, sosial işşilər və psixoloqlar işirak edib.

Layihənin yekunu ilə bağlı iştirakçılar tərəfindənsəslənən təkliflər də dinlənililb.

QHT nümayəndəsi Validə Abbasova Ailə Hüquq Akademiyasının nəzdində sosial işçilərin məlumat bazası yaradılmasını və həmin siyahının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsini təklif edib. Digər Əməkdaşlar Uşaq Fondunun yaradılmasını qeyd edib. Fondun aliment məsələlərinin dərhal icrasına xidmət göstərilməsi üçün vacibliyi bildirilib. Eyni zamanda təkliflər zamanı ailə daxili münaqişələrin həll olunması üçün evlilikdən öncə cütlüklərin psixoloji yardım alması üçün psixoloji konsultasiyalardan keçməsi tövsiyyə olunub. Məqsəd ailə quracaq ər – arvadın bir birinin xarakterinə uyğunluğunu daha yaxından anlamasından ibarətdir.

Dəyirmi masa sual-cavab və təkliflərlə yekunlaşıb.

Beləliklə, Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə icra edilən “Bərabər Hüquqlar-Bərabər İmkanlar” layihəsi uğurla başa çatıb.

Bənzər yazılar

Back to top button