İdman

Neymar dayanmır: Mbappeni tənqid edən paylaşımı da bəyəndi

Neymar PSJ fanatlarını dəli etməkdən, sanki zövq alır.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu Kilian Mbappeni tənqid edən paylaşımı bəyənib.

O, videonu “Ofuiclear”ın “İnstaqram” hesabında bəyənib.

“Bu PSJ son illərin ən pisidir. Niyə? Çünki onlar şahzadələri (Mbappe) ilə müqaviləni inanılmaz məbləğə uzatdılar.

Çempionlar Liqasından kənarlaşmaya səbəb olan şahzadə. O, “Bavariya” ilə qarşılaşmada Neymara asanlıqla ötürmə verə bilərdi, amma əvəzində topu rəqib qapıçıya verdi. İndi o, özünü tanrı hesab edir”, – deyə video üçün şərhdə yazılıb.

Qeyd edək ki, bundan əvvəl Neymar, Mesi ilə “Barsa” formasında olan, “Onlar bir vaxtlar xoşbəxt idilər” yazılmış fotonu da bəyənib.

Bənzər yazılar

Back to top button