Hadisə

Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsni təşkil edən 51 nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən paytaxt sakinləri Loğman Mirzəzadəni, Elbrus Hüseynovu, Ələkbər Adıgözəlovu, İlahə Hüseynovanı və Rövşən Vəliyevi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatnda deyilir.

Məlumata görə, bu şəxslərdən 20 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilmiş 20 kiloqram marixuana, 3 kiloqram heroin və metamfetamin aşkar edilib.

Məlumatda vurğulanır ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 15 gündə silsilə əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil 51 nəfər saxlanılıb.

Bu şəxslərdən ümumilikdə 33 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə və satışı qadağan edilən həblər aşkar olunub.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.(Turan)

Bənzər yazılar

Back to top button