Hadisə

Bakıda homoseksuallar çayxanaya hücum etdi

Bakıda bir dəstə seksual azlıq nümayəndəsi çay evini dağıdıb.

AzToday.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hadisə iyulun 4-nə keçən gecə saat 00:10-da Nizami rayonunda yerləşən 24-cü polis bölməsinin ərazisində baş verib. Polisə şikayət ərizəsi ilə Çobanzadə küçəsində yerləşən çay evinin sahibi Rafiq Ramazan oğlu Məmmədov müraciət edib.

Onun sözlərinə görə, çayxanaya cinsi azlığın 3 nümayəndəsi daxil olaraq onlardan birinə borclu olduğu 500 manatı tələb ediblər. Çayxana sahibi hazırda üstündə pul olmadığını deyərək borcu belə tez qaytara bilməyəcəyini bildirib. Bu zaman gənclər çay evini dağıtmağa başlayıblar. Onlar mebeli qırıb töküblər və sındırılmış qab-qacağın qəlpəsi ilə çayxana sahibinin əlinə xəsarətlər yetiriblər.

Bundan başqa, “Şamplena” ləqəbi ilə tanınan dələduzlardan biri qədəhin qəlpəsilə özünün şah damarını doğrayıb. Bundan sonra onu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.

Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb, lakin hadisənin iştirakçılarının şəxsiyyətləri müəyyənləşdirilib.

İşin materialları Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsindədir.

Bənzər yazılar

Back to top button