İdman

Ronaldu dünya rekorduna yiyələndi

İngiltərənin “Mançester Yunayted” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib.

Fanat.az saytının xəbər verir ki, ulduz hücumçu “Mançester Yunayted”in “Tottenhem”lə davam edən görüşündə het-trik müəllifi olub.

Bununla da Ronaldo karyerası ərzindəki qolların sayını 807-yə çatdırıb. O, Yozef Biscanı arxada qoyub. Baxmayaraq ki, Çexiya Futbol Assosiasiyası Bitsanın rəsmi matçlarda 821 dəfə fərqləndiyini iddia edir.

Futbol tarixinin 5 ən yaxşı bombardiri

1. Kriştianu Ronaldu – 807
2. Yozef Biscan – 805
3. Romario – 772
4. Pele – 767
5. Lionel Messi – 759

Bənzər yazılar

Back to top button