Cəmiyyət

Dəniz kənarındakı hasarlar söküləcək

Bu gün ciddi problemə çevrilən məsələlərdən biri də əhalinin dənizdən istifadə edə bilməməsidir. Çünki çimərliklərin əksəriyyəti məmurlar tərəfindən zəbt edilib.

Bu il isə bəzi çimərliklərin çirkli olması səbəbindən bir dənə də olsa pulsuz çimərlik yoxdur və bu ciddi narazılıq yaradıb.

10may.az saytına daxil olan məlumata görə yaxın ayda hasarlanmış ərazilərin böyük hissəsindən hasarlar söküləcək. Bildirilir ki, dənizkənarı hasarlamaları həyata keçirənlər əsasən məmurlardır.

Məsələn, bir kilometrə qədər sahəni Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov, bundan bir qədər çox hissəni keçmiş nazir Ziya Məmmədov hasarlatdırıb ki, hazırda da məhz bu ərazilərin hasardan təmizlənməsi planlaşdırılır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button