İqtisadiyyatManşet

Kamaləddin Heydərov multikulturalizmdən nə qədər qazanır? (FOTO)

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fövqəladə hallar nazirinin həyat yoldaşından ofis icarəyə götürür.

AzToday.az Turan İA-ya istinadən xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilk dəfə olaraq Bakıda Mikayıl Useynov küç. 63 ünvanında ofisini kimdən və hansı qiymətə icarəyə götürdüyünü açıqlayıb.

Dövlət satınalmalarının vahid elektron reyestri vasitəsilə açıqlanan məlumata əsasən, yer Ruhəngiz Heydərovaya (VÖEN: 1404729342) məxsusdur. O, bu yerə görə ildə 48 840 manat ($28,7 min) icarə haqqı alır.

Qeyd edək ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Hafiz Babalı da Facebook sosial şəbəkəsində məlumat yayıb.

Bənzər yazılar

Back to top button