İdman

Geryenin “Neftçi”yə keçidi gerçəkləşir – “Qarabağ”dakından iki dəfə az maaşa

“Qarabağ”ın sabiq müdafiəçisi Donald Geryenin “Neftçi”yə transferi gerçəkləşmək üzrədir.

Qol.az-ın xəbərinə görə, yaxın günlərdə 30 yaşlı haitili futbolçu ilə müqavilə imzalanacaq. Geryenin bir mövsüm üçün 200 min dollar alacağı bildilir.

Əldə etdiyimiz xəbərə görə, bu, daha əvvəl “Qarabağ”ın yeni müqavilədə Geryeyə təklif etdiyi puldan iki dəfə də azdır. Məsələ burasındadır ki, bu yay “Qarabağ”la müqaviləsi başa çatan oyunçu Ağdam klubunda ilinə 500 min dollara yaxın maaş tələb edib. “Qarabağ” buna razılaşsa da, sonradan Gerye daha artıq pul tələb edib. Bu səbəbdən tərəflər arasındakı danışıqlar dayandırılıb və Geryedən imtina olunub.

Əlacsız qalan futbolçunun son anda “Neftçi”nin daha ucuz şərtlərlə təklifini qəbul etdiyi bildirilir.

Bənzər yazılar

Back to top button