İdman

“Qarabağ”a qol vuran hücumçu sentyabrın ən yaxşı futbolçusu seçilib

Futbol üzrə İtaliya “Roma”sının futbolçusu Edin Ceko sentyabr ayında komandanın ən yaxşı futbolçusu seçilib.
“AzToday.az” paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı hücumçu sentyabrın 27-də Bakıda “Qarabağ”ı 2:1 hesabı ilə yendikləri Çempionlar Liqasının II tur matçının 15-ci dəqiqəsində “Roma”nın ikinci topunun müəllifi olub. 31 yaşlı forvard ötən ay İtaliya A Seriyasında “Udineze”, “Verona” və “Benevento”nun da qapısına yol tapmaqla, ümumilkdə 6 qol vurub. O, azarkeşlər arasındakı səsvermədə Alison Beker, Aleksandr Kolarov və Stefan əl-Şaaravini qabaqlayıb.
Qeyd edək ki, 2015-ci ilin avqustunda “Mançester Siti”dən “Roma”ya keçən Edin Ceko paytaxt komandasının heyətində ümumilikdə 74 oyuna 44 qol vurub.

Bənzər yazılar

Back to top button