Doğum vaxtı həkim səhlənkarlığına görə ölən ana şəhid qızıdır

Print Friendly, PDF & Email

Qara Qarayevdə yerləşən 7 saylı doğum evində həkim səhlənkarlığından dünyasını dəyişdiyi iddia edilən Turanə Məmmədova ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Qeysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirilən, lakin trombosit çatışmazlığı ilə qanaxmadan dünyasını dəyişən ana Turanə Məmmədova şəhid qızı imiş.

Onun atası Məmmədov Natiq Əhməd oğlu 1993-cü ildə Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı Səhiyyə Nazirliyi araşdırmalar aparıldığını, əldə olunan nəticələrin isə mətbuat vasitəsilə dərc ediləcəyini bildirib.

mynews.az