Bizim seçimGündəmManşetSiyasət

Adil İsmayılov vəkil səlahiyyətlərindən məhrum edildi

Vəkillər Kollegiyası (AVK) vəkil Adil İsmayılovun fəaliyyətini bir illik dayandırıb. Bu barədə qərar Kollegiyanın Rəyasət Heyətinin 9 sentyabr tarixli iclasında qəbul edilib.

AVK-nin məlumatında qeyd edilir ki, qərar “nizam-intizam icraatı” çərçivəsində qəbul edilib. Bu zaman vəkilin hansı intizam pozuntusunda ittiham olunduğu dəqiqləşdirilmir.

İsmayılov özü hələlik şərh verməkdən yayınır. Son illər bir sıra vəkillər AVK-dən çıxarılıb, yaxud da müvəqqəti olaraq işdən kənarlaşdırılıb.

Adil İsmayılov ölkənin ən təcrübəli vəkillərindən biridir. O, bir çox rezonans doğuran işin fiqurantlarını müdafiə edib.

Son zamanlar İsmayılov facebook-da Hacı Məmmədovun qanqster bandası tərəfindən insan oğurluğu haqqında işlə bağlı bir sıra status dərc edib.

İsmayılov Baş Prokurorluq rəhbərliyində bandanın cinayət əməlləri haqqında məlumat olması haqqında faktları açıqlayıb.

Hazırda İsmayılov dövlət orqanları ilə məhkəmə çəkişməsində “Azalıq Radiosu”nun Azərbaycan xidmətinin vəkilidir.(Turan)

Bənzər yazılar

Back to top button