Dünya

Zelenski ilk dəfə Ermənistanın Baş naziri ilə görüşüb

oktyabrın 5-də Ukrayna Prezidenti Vladimir Zelenski Qranadada Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk dəfə görüşüb.

“Biz Cənubi Qafqazda təhlükəsizliklə bağlı vəziyyəti Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk görüşümüzdə müzakirə etdik. Ukrayna bölgənin sabitliyində və ölkələri ilə dostluq münasibətlərində maraqlıdır”, Zelensky teleqram kanalında qeyd edib.

Zelenski həmçinin bildirib ki, tərəflər Ukrayna və Ermənistanın ikitərəfli əməkdaşlığını və regionlararası iqtisadi layihələri müzakirə ediblər.(Turan)

Bənzər yazılar

Back to top button