Hadisə

Azərbaycanlı müğənninin qızı ölüb

Azərbaycan şou-biznesinin tanınmış simalarından olan müğənni Pərvin Lətifovun ailəsində ağır itki yaşanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, P.Lətifovun 5 yaşlı qızı dünən gecə dünyasını dəyişib.

Yaxınların bildirdiyinə görə, azyaşlı qıcolma səbəbindən Qara Qarayev adına 2 saylı uşaq xəstəxanasına gətirilib, amma onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, P.Lətifov 2011-ci ildə xalası qızı ilə ailə həyatı qurub

Bənzər yazılar

Back to top button