Dünya

Rusiya Şimali Koreya lideri Kim Çen Ina medal verdi (FOTO)

KXDR rəhbəri Kim Çen In ölkəsində həlak olmuş və dəfn edilmiş Sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsindəki xidmətlərinə görə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın KXDR-dəki səfirliyinin Facebook səhifəsində məlumat verilib.

Xəbərdə deyilir ki, mayın 5-də Mansude Konqres Sarayında Rusiya səfiri Aleksandr Matseqor medalı KXDR Xarici İşlər naziri Li Song Qvona təhvil verib.

Qısamüddətli söhbətdən sonra, tərəflərin 2019-cu ilin aprelində Vladivostokda əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəldilmiş razılaşmalarının icrası üçün səylərini davam etdirmək öhdəliklərinə sadiq olduqlarını bildiriblər.

Bənzər yazılar

Back to top button