GündəmHadisə

Masallıda ziyalılar toplandı: “İcra başçısının yarıtmaz fəaliyyəti…”

Masallı Ziyalıları İctimai Birliyi martın 8-də rayondakı durumla bağlı toplantı keçiriblər.
Toplantı iştirakçılarının verdiyi məlumata görə, onlar toplantıda bir çox məsələləri müzakirə ediblər: “Rayondakı acınacaqlı, dözülməz durumu, həmçinin icra başçısı Rafil Hüseynovun və aparatının yarıtmaz fəlaiyyətini müzakirə etdik. Eyni zamanda respublikada baş verənlərlə bağlı müzakirələr aparaq, konkret tədbirlər həyata keçirmək barədə qərar qəbul edildi”.
Ziyalılar bilriyinin üzvləri həmçinin tədbirlərin davamlı olduğunu, hətta icazəli aksiyaların keçirilməsini də istisna etməyiblər: “Yaxın günlərdə rayonda baş verənlərlə bağlı Konstitusiyanın verdiyi hüquqlardan yararlanaraq, etiraz tədbirləri həyata keçirməklə bağlı daha geniş tərkibdə toplantı keçirmək nəzərdə tutulub”.
Masallı rayon İcra Hakimiyyətindən isə məsələyə şərh verilməyib.



 Mənbə: Arqument.az

Bənzər yazılar

Back to top button