Hadisə

Həkimlərimiz bunu da bacardı – qolu sınan uşaq əməliyyat masasında öldü

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.

AzToday.Az-ın məlumatına görə, Apa-nın yerli bürosunun xəbər verir ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib.

Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

Xəstəxanadan məlumat təsdiqlənib.

Bənzər yazılar

Back to top button