Cəmiyyət

“Eko Aləm” layihə işi çərçivəsində “Gələcəy”ə səfər edib (FOTO)

“Eko Aləm” İctimai Birliyi 29 mart 2022-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi – Alternativ və Bərpa olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsində növbəti tədbirini Qobustan şəhərində yerləşən Energetika Nazirliyi yanında BOEM Dövlət Agentliyinə məxsus “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzin”də həyata keçirib.

Layihənin əsas məqsədi Azərbaycanda ətraf mühitin çirklənməsinə ciddi təsir edən, enerji alınması məqsədi ilə istifadə edilən təbii yanacaq növlərinin azaldılmasına, təbiətin mühafizəsinə və qorunmasına xidmət edən Alternativ və Bərpa olunan enerji Mənbələrindən istifadə edilməsi sahəsində görülən işlərin araşdırılmasıdır.

2013-cü ilin aprel ayından aktiv fəaliyyətdə olan “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” dünyada ilk hibrid stansiyadır. Bu ekspremental mərkəz 38 hektar ərazidə kənd təsərrüfatına yararsız dağlıq ərazidə inşa edilib.

Poliqonun ərazisində bizi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin müdiri Anar Bayramov və İdarəetmə və İstismar Şöbəsinin mütəxəssisi Aqil Şirinov tədbir iştirakçılarını poliqonun ərazisi, fəaliyyəti ilə tanış etməklə yanaşı suallara cavab veriblər. Məlumat verilib ki, Qobustan Eksperimental poliqonu ərazisində 25 nəfər işçi çalışdığını, hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 11922 ədəd günəş panelləri, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə eksperimental bioenerji qurğu inşa edilib. Həmçinin, Qobustan şəhərini enerji ilə tam təmin olunmasına nəzarət məqsədi ilə qurulan “ağıllı şəbəkə” qurulub. Bu sistem vasitəsi ilə nəinki stansiyalarda olan qurğuların avtomatik idarə edilməsinə daim nəzarət etmək, eləcədə ölkənin digər regionlarında yerləşən müxtəlif BOEM üzrə enerji stansiyalarına nəzarət etmək imkanı verir. Küləkli hava şəraiti, təşkilatın üzvlərinin açıq havada işləməsinə ciddi maneə törətsə də “Eko Aləm” İctimai birliyinin monitorinq qrupunun üzvləri stansiyada müşahidələr aparmış, maraqlandıqları məsələlər barədə sualları stansiyanın mütəxəssisləri tərəfindən cavablandırılıb.

Ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə, bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılması hədəflənir. Bu sahədə mühüm layihələr həyata keçirilməsi planlaşdırılsa da, icra edilən layihələrin tam layihə gücünə çatdırılması üçün bir sıra çətinliklər var. Bəzi layihələr hələ də tam gücünə çatdırılmayıb.

Ölkəmizdə ictimai nəzarətin təşkili işi ən mühüm məsələlərdən hesab olunur. İctimaiyyətlə ayrı-ayrı dövlət qurumları arasında qarşılıqlı səmərəli fəaliyyətin təşkilinin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, qərarların qəbulu məsələsində ictimai rəyin nəzərə alınması məsələləri günümüzdə çox aktualdır. Həyata keçirirdiyimiz bu layihə də tam bu məqsədə xidmət edir. Layihə çərçivəsində bu müddət ərazində əməkdaşlıq etdiyimiz dövlət qurumları sırasında birinci yeri cənab nazir P. Şahbazov başda olmaqla Energetika Nazirliyi və Energetika Nazirliyi yanında BOEM Dövlət Agentliyi olub.

Bənzər yazılar

Back to top button