Bizim seçimİdmanManşetSiyasət

Azərbaycan XİN Mxitaryanın Bakıya gəlməkdən imtina etməsi və Yerevanın mövqeyi barədə

Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva Britaniya klubunun futbolçusunun Avroliqanın finalında iştirak etmək üçün Bakıya gəlməkdən imtina etməsilə bağlı Ermənistan XİN-in bəyanatını şərh edib.

“Azərbaycan bu il mayın 29-da UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən “Arsena”l futbol klubunun oyunçusu H.Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinə zəmanət verib”, – L.Abdullayeva bildirib.

“Mən şəxsən XİN-in nümayəndəsi kimi dəfələrlə bəyan etmişəm ki, Azərbaycan idmanla siyasəti eyniləşdirmir. Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər.

Ermənistan XİN-in “Arsenal” futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur.

Əfsuslar olsun ki, bu addım Ermənistanın Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi, xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi. Təəssüf ki, Ermənistan “Arsenal”ın miliyyətcə erməni oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Bu həm də onu nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdür ki, Azərbaycanın işğal etdiyi ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir”, – XİN nümayəndəsi bildirib. (Turan)

Bənzər yazılar

Back to top button