İdman

“Mudrikə dedim ki, “Arsenal”a qol vursan…” – Zinçenko

Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko AÇ-2024-ün seçmə mərhələsinin oyunundan – Maltanı 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verib.

Fanat.az-ın məlumatına görə, “Arsenal”ın müdafiəçisinin dediklərini belə çatdırıb:

“İnsanlar düşünürlər ki, Malta zəif rəqibdir və biz onlara 5 qol vurmalıyıq. Ancaq onlar sübut etdilər ki, mübarizə aparmağı, müdafiə olunmağı bacarırlar. İlk yarı bizim üçün asan keçmədi. Heç ikinci hissənin də asan alındığını deyə bilmərəm. İlk qolu biz buraxsaq da, geridönüş edə bildik. Əsas odur ki, cavab qolu gecikmədi. Xarakter göstərdik. Bu, bütün ukraynalılar üçün səciyyəvi xüsusiyyətdir.

“Çelsi” ilə oyun ərəfəsində Maltaya qol vuran Mixail Mudrikə nə dedim? Dedim ki, bunu yaxın gələcəkdə təkrarlama, “Arsenal”a qol vursan, səni öldürərəm. Hərçənd Maltaya vurduğu önəmli qol idi. Bu, oyunu sakitləşdirdi. Şənbə günü məni və Mudriki London derbisi gözləyir. Mixail, sözlərimi unutma”.

Bənzər yazılar

Back to top button