Cəmiyyət

Almaniyada Zəhra üçün yürüş-mitinqi keçiriləcək

Avropada yaşayan soydaşlarımız Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində həyatını itirən 2 yaşlı Zəhra Quliyeva ilə bağlı yürüş-mitinqi keçirəcək. Bu barədə AzEuroNews.com-a yürüş mitinqinin təşkilatçılarından olan “Kanal13” internet televiziyasının və “Avropost” qəzetinin baş redaktoru Anar Orucov məlumat verib.

Onun sözlərinə görə, Şimali Reyn-Vestifaliya əyalətinin paytaxtı olan Düsseldorfda keçiriləcək yürüş-mitinqinin izdihamlı keçməsi gözlənilir: “Avropada yaşayan həmvətənlərimizə demək istəyirəm ki, milli kimlik adımız varsa, Azərbaycançılıq adına, Vətənimiz uğruna çıxara biləcəyimiz bir səsimiz varsa, məsum bir çocuğun ölümünə etiraz edəcək bir vicdanımız varsa, Qarabağ adına hələ yaşayan bir ümidimiz varsa, bu terrorçu, uşaq qatili erməni əclaflara bir gün etdikləri cinayətlərin cəzasını verməyə hələ də içimizdə bir qeyrətimiz varsa, öldürülən bu məsum körpəmiz üçün içimizdə inildəyən bir hıçqırıq varsa, ona ediləcək 3 sözlük bir duamız varsa… varsa…. varsa, və ən nəhayət Uca Vətənimizə borcumzun çox az bir hissəsini qaytarmaq adına 2 saat vaxtınız və yol pulu etməyə 3-5 avronuz varsa – mütləq gəlin. “Erməni terroruna son”, “Mən Zəhrayam” şüarlı bu yürüş-mitinqə qatılmamaq mənəvi cinayətdir! Gəlin ki, səsimiz gur eşidilsin. Səsimiz gur eşidilsin ki, bizi – Şərqin ən böyük xalqlarından birininə qarşı yönəlmiş bu terroru və məsum çocuklarımızın faciəsini dünya duysun”.

Qeyd edək ki, yürüş-mitinqi iyulun 15-i saat 11:30-da Düsseldorf Mərkəzi Vağzalının yanındakı Freidrich Ebert Strasse 34 ünvanında başlayacaq 14:00-da Graf Adolf Platz-da başa çatacaq.

Yürüş-mitinqinin əsas təşkilatçıları Almaniyada fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət və İdman Cəmiyyəti”, “İnteqrasiya və İnkişaf Mərkəzi” “Legat” hüquq firması və “Avropost” qəzetidir.

Bənzər yazılar

Back to top button