Digər

“Azərbaycanda dini maarifləndirmə yolu ilə, dini fanatizmin ve radikalizmin qarşısını almaq olar”

İctimai-siyasi fəal Lamiyyə Əhmədova ilə müsahibəni təqdim edirik.

– İnanclı xanım kimi ölkədəki dini vəziyyətlə fikirləriniz maraqlı olar?
– Azərbaycanda dini dəyərlərə söykənərək həm demokratiyanı təbliğ etmək, həm də qadın hüquqlarını müdafiə etmək olduqca zəruridir. Çünki, bizim cəmiyyətdə islam dininin prinsipləri düzgün təbliğ edilmir. İslamda demokratik dəyərlər və qadın hüquqları, gender və s. məsələlər əksini tapıb. Demək biz gördüyümüz işlərdə islam dinini təbliğ edərək müasir dünyada qəbul edilmiş prinsiplərin məhz bu dindən qaynaqlandığını insanlara çatdırmaq istəyirik. Qadınınm ailədə yeri, şahidliyi, mülkiyyət hüququ məhz islamda tanınıb.

– O zaman demək olarmı ki, siz ədiblər demişkən zəmanəmizdən narazısınız?

– İndi gəlirik məsələnin ikinci tərəfinə, yəni bu cür Qeyri-Hökumət Təşkilatı yaranırsa, deməli zərurət var. Zərurət ondaır ki, Azərbaycanda dini qurumlar öz funksiyalarını yerinə yetirmirlər. Bu sırada Qafqaz Müsəlmanları Ruhani İdarəsini, Dini Qurumlarl İş üzrə Dövlət Komitəsini, məscidləri və digər dini qurumları misal göstərə bilərik. Azərbaycanda sözün əsl mənasında dini maarifləndirməyə ehtiyac var. Dini təbliğatı hökumət lazımi formada həyata keçirmədiyindən təriqətlərin və müxtəlif istiqamətli dini qruplaşmaların fəaliyyətinə imkanlar yaranır. Əks tərəfdən isə cəmiyyətdə dinə qarşı neqativ rəy formalaşır. Bu səbəbdan dinin mahiyyəti, prinsipləri, cəmiyyətin həyatında yeri barəsində ətrafli yəbliğat işləri görülməlidir. Biz çalışacağıq ki, islamda demokratik prinsipləri, o cümlədən qadınlara verilən hüquqla bağlı maarifləndirmə işlərini gücləndirək.

Lamiyyə xanım, hökumət də müəyyən qruplara, qeyri-qanuni qruplaşmalara qarşı mübarizə aparır. Bunlar yetərli deyil?

– Əvvəla bizim hökumət bütün sahələrdə olduğu kimi burada da güc prinsipindən istifadə edir və hamını həbsə atır. Bu zaman yeniləri meydana gəlir. Biz isə təbliğat yoluyla insanların doğru din qaydalarına riayyət etməsinə köməklik göstərmək istəyirik. Azərbaycan televiziyalarında şou proqramlara, olmayan iqtisadi yüksəlişin təbliğatına saatlarla vaxt ayırırlar. Dini təbliğat isə aparılmır. Çünki, bizim hökumət problem yaranacağı təqdirdə inanclı insanları narkotika alverçisi kimi həbs etməyə vərdiş etmişdir. Bu isə bəzən haqlı olduğu halda hökuməti haqsız durumda buraxır.

Bənzər yazılar

Back to top button