İqtisadiyyat

Bir ayda 136 əcnəbi Azərbaycanda şirkət rəhbəri olub – Tam siyahı

Bu ilin sentyabr ayında Azərbaycanda dövlət qeydiyyatına alınan 136 şirkətə (Məhdud Məsuliyyətli Cəmiyyət – MMC) xarici ölkə vətəndaşları qanuni təmsilçi (direktor) təyin olunublar.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bir ay ərzində ən çox Türkiyə vətəndaşları şirkət rəhbəri olub.

Sentyabr ayında dövlət qeydiyyatına alınan 46 şirkətin rəhbəri Türkiyə vətəndaşları olub. İkinci sırda 28 nəfərlə Rusiya, üçüncü sırada isə 21 nəfərlə Hindistan vətəndaşları yer alır.

Hindistan vətəndaşları ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, qeydə alınan 21 şirkətdən 11-i eyni hüquqi ünvanda – Sabunçu rayonu, Qambay Vəzirov küçəsi, ev 16 m. 8-də yerləşir.

Sentyabr ayında dövlət qeydiyyatına alınan 136 şirkətə rəhbərlik edən əcnəbi vətəndaşların ölklər üzrə sayı aşağıdakı kimi olub:

Türkiyə – 46
Rusiya – 28
Hindistan – 21
Pakistan – 15
Gürcüstan – 4
Çin – 4
Qazaxıstan – 3
İran – 2
Suriya – 2
Qırğızıstan – 2
ABŞ – 1
Fransa – 1
Zair (Konqo Demokratik Respublikası) – 1
Polşa – 1
Şri-Lanka – 1
Belarus – 1
İrlandiya – 1
Bolqarıstan – 1
Özbəkistan – 1

Bənzər yazılar

Back to top button