Cəmiyyət

Ata olmağa hazırlaşan kişilərə xəbərdarlıq: Azı 6 ay əvvəldən içkini atmaq lazımdır

Həkimlər məsləhət görür ki, övlad dünyaya gətirməyi planlaşdıran ana spirtli içkidən uzaq dayansın. Amma zamanla mütəxəssislər başqa cür ifadə olunmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, tibb alimləri ata olmağa hazırlaşan kişilərin də içkidən uzaq dayanmalı olduğunu deyir. Həyat yoldaşının hamiləliyindən azı 6 ay əvvəl içkini atmaq lazımdır. Əks halda xəstə uşaq doğulmayacağına zəmanət verilmir.

Mütəxəssislərin fikrincə, valideynlərin spirtli içkiyə meylli olması körpənin ürək xəstəliyindən əziyyət çəkməsi ehtimalını artırır. Onlar hətta kişinin qadına nisbətən içkiyə daha tez “yox” deməli olduğunu bildirirlər.

Araşdırma göstərir ki, hamiləliyə 3 ay qalana qədər atanın spirtli içkidən istifadəsi ürək xəstəliyinə tutulmaq ehtimalını 44 faiz artırır. Qadında bu faiz 16-dır.

Bənzər yazılar

Back to top button