Cəmiyyət

Qarlı hava ilə əlaqədar ölkə yollarında vəziyyət necədir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraitilə əlaqədar ölkənin avtomobil yollarında saat 10:00-a olan vəziyyət barədə açıqlama yayıb.

Açıqlamaya görə, “Zəfər” yolunda qar yağır, marşrut boyu 8-10 dərəcə şaxta var, buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisuda qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-18 dərəcə şaxta müşahidə olunur. Bakı – Quba – Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran, Quba və Qusar rayonları ərazisində 5-6 santimetr qar yağıb, hazırda yağmaqda davam edir. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi – Xızı – Xızı rayonu ərazisində güclü qar yağır. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, bununla yanaşı yağıntı davam edir. Marşrut boyu 5-7 dərəcə şaxta var. Sürücülərə şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Qobustan- Şamaxı – Muğanlı marşrut boyu qar yağır, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb. Marşrut boyu külək və 6-8 dərəcə şaxta müşahidə olunur.

Muğanlı – Ağsu – Yevlax yolunda yağıntı davam edir, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Ağsu dolaylarında yolun qardan təmizlənməsi işləri aparılıb. Ağsu dolaylarında şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Muğanlı – İsmayıllı avtomobil yolunda yağıntı davam edir, marşrut boyu 6-7 dərəcə şaxta var.

Yevlax – Şəki (Göybulaq) yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ – Oğuz- Şəki avtomobil yolunda qar yağır, marşrut boyu 5-7 dərəcə şaxta var. Yolun İsmayıllı – Qəbələ hissəsində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər aparılıb.

Şəki – Qax – Zaqatala yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Şəmkir – Gədəbəy yolunda marşrut boyu qar yağır, qarın hündürlüyü 5-6 santimetrdir. 10-11 dərəcə şaxta var. Gəncə – Daşkəsən yolunda marşrut boyu qar yağır, 10 dərəcə şaxta var.

Ələt – Astara yolunda qar yağır, marşrut boyu 2-3 dərəcə şaxta var.

Masallı – Yardımlı , Lənkəran – Lerik yolunda marşrut boyu zəif qar yağır, Yardımlı rayonu ərazisində 2-3 dərəcə, Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var.

Bakı – Ələt – Hacıqabul – Ucar – Yevlax – Gəncə – Qazax yolunda zəif yağıntı davam edir,

Açıqlamada yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görüldüyü, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunduğu bildirilir. Yolda şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunur.

Bənzər yazılar

Back to top button