Hadisə

Rövşən Məmmədov onu vəzifədən azad etdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov tərəfindən kadr islahatları davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, QSC-nin Baş prodüseri Hikmət Yaqubov tutduğu vəzifədən azad olunaraq “Mədəniyyət” kanalının direktor müavini təyin olunub.

Kanalın Bədii rəhbərinin müavini Nazilə Babayeva isə QSC-nin Baş prodüseri vəzifəsinə təyinat alıb.

Əməkdar incəsənət xadimi Ülviyyə Kərimova QSC-yə Baş rejissor təyin edilib. QSC sədri tanınmış jurnalist Rövşən Binnətliyə isə “İdman” kanalının direktor müavini postunu həvalə edib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov xəbəri APA-ya təsdiqləyib.

Xatırladaq ki, Rövşən Məmmədova qurumun rəhbərliyi tapşırıldıqdan sonra AzTV-də köklü islahatlara start verilib. Kanalın simasında xeyli dəyişikliklər edilib, ciddi kadr islahatları aparılıb, yeni layihələrə start verilib.

Bənzər yazılar

Back to top button