Dünya

Medvedev zibil direktorunu işdən çıxardı

Rusiyanın Baş naziri Dmitri Medvedev Rusiya Ətraf Mühit Operatorunun (REO) baş direktoru Denis Butsayevi vəzifəsindən azad edib.

Qaynarinfo xəbər verir ki, bu haqda hökumətin saytında məlumat verilib.

Butsaev bu vəzifəyə 2019-cu ilin fevralından rəhbərlik edib. Bundan əvvəl o, İnvestisiya və İnnovasiya naziri, daha sonra isə baş nazirin Podmoskovye üzrə müavini olub. İstefanın səbəbi barədə məlumat verilmir.

Məlum olan odur ki, əvvəllər hökumətdə bu sahənin kuratoru dəyişdirilmiş, Vladimir Loqinovun əvəzinə Konstantin Rumyantsev təyin edilmişdi.

“Vedomosti” xəbər verir ki, “zibil operatoru” vəzifəsinə Rusiya Federasiyasının keçmiş tikinti naziri Mixail Men rəhbərlik edə bilər.

Bənzər yazılar

Back to top button