Cəmiyyət

Vəzifəli şəxs 190 manatı arvadının adına saxta yolla almaq istədi

“Birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən bəzi şəxslər meyarlara baxmadan müraciət edirlər”.

AzToday.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli ATV televiziyasına açıqlamasında bildirib.

Mustafa Abbasbəylinin sözlərinə görə, bu vəziyyət həmin prosesin gecikməsinə səbəb olur:

“Bəzi hallarda şöbə müdiri öz həyat yoldaşını, anasını və atasını, övladını qeydiyyatdan keçirməyə çalışır. Belə hallar da az deyil. Bu vəziyyətdən istifadə etməyək. Haqqı olanı qabağa buraxaq”.

Bənzər yazılar

Back to top button