Hadisə

İdarə müdiri işdən çıxarıldı – Yeni təyinat

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov işdən uzaqlaşıb.

AzToday.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Təhsil naziri Ceyhun Bayramov imzalayıb.

Bildirilir ki, o, yaşa görə pensiyaya göndərilib. Z.Hüseynov 2012-ci ildən bu vəzifədə çalışırdı.

Musayev Elçin Kamal oğlu isə Balakən Rayon Təhsil Şöbəsinə müdir təyin olunub.

1967-ci il təvəllüdlü Elçin Musayev 1993-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisası üzrə bitirib.

2018-ci ildən Balakən rayonu Qullar kənd 1 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Bənzər yazılar

Back to top button