Dünya

25 ildir gizlənən məşhur cani həbs olundu: Yüz minlərlə insanın ölümü

Ruanda soyqırımında yüz minlərlə insanın ölümündə məsul tutulan şəxslərdən biri oaln Felisien Kabuqa Fransada saxlanılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Paris Prokurorluğu açıqlama yayıb. Açıqlamada 84 yaşlı Kabuqanın Parisin yaxınlığında saxta kimliklə yaşadığı evində saxlanıldığı bildirilib.

25 ildir axtarışda olan Kabuqa insanlığa qarşı cinayətlərlə mübarizə aparan jandarma qüvvələrinin keçirdiyi əməliyyat çərçivəsində ələ keçirilib. Onun rəsmi prosedurlardan sonra BMT nəzdində açıqlan Ruanda Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılacağı bildirilib.

Qeyd edək ki, Kabuqa soyqırımı gerçəkləşdirən hutuları maliyyələşdirməkdə də günahlandırılır. 1994-cü ilin iyuluna İsveçrəyə sığınan və bu ölkədən deportasiya edildikdən sonra Konqo Demokratik Respublikasına gedən Kabuqa 1997 və 2003-cü illərdə Keniyanın paytaxtı Nayrobidə ona qarşı keçirilən polis əməliyyatlarından qaçmağa nail olmuşdu.

Bənzər yazılar

Back to top button