Siyasət

Müdafiə nazirinin müavini vəzifəsinə mülki şəxs təyin edilib

Dövlət başçısının 9 dekabr tarixli sərəncamı ilə Aqil Qurbanov Azərbaycan müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub. Bu barədə dekabrın 13-də Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun hansı sahələrə nəzarət edəcəyi açıqlanmır. Qurbanov indiyədək Pasha Holding strukturlarında, Sumqayıt texnoloji parkında və Zəngilanda dövlət başçısının xüsusi nümayəndəsi sistemində işləyib.

Bu, son 29 il ərzində Müdafiə Nazirliyində rəhbər vəzifəyə mülki şəxsin təyin edildiyi ilk haldır. Azərbaycanda ilk mülki müdafiə naziri 1992-ci ildə Rəhim Qazıyev olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button