İdman

Mbappenin “Barselona”ya keçidinə həmyerlisi mane olub – Detallar bilindi

PSJ-nin ulduz hücumçusu Kilian Mbappe 2017-ci ilin yayında “Barselona”ya keçməyə yaxın olub.

Fanat.az xəbər verir ki, faktın üstünü “Carrusel Deportivo” açıb.

Mənbənin məlumatına görə, kataloniyalılar Neymarı satdıqdan sonra hücumçu mövqeyinə axtarışlarını Mbappenin üzərində saxlayıb. Fransız forvard da “Kamp Nou”ya keçməyə hazır olduğunu bidirib. Lakin rəhbərlik son anda fikrini dəyişərək Mbappeni onun həmyerlisi, Dortmund “Borussiya”sından Usman Dembele ilə əvəzləmək qərarına gəlib.

Xatırladaq ki, Mbappe 2017-ci ilin yayında PSJ-yə keçib və bu müddətdə komanda tarixinin ən yaxşı bombardiri olub. Dembele isə “Barselona”da potensialını reallaşdıra bilməyib.

Hazırda Mbappe “Barselona”nın əzəli rəqibi “Real Madrid”ə keçməyə yaxındır. Transfer yayda azad agent kimi baş tutmalıdır.

Bənzər yazılar

Back to top button