Hadisə

Elçin Əlibəylinin verilişi bağlandı

Elçin Əlibəylinin aparıcısı olduğu “Sehrli ilmələr” verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.

AzToday.az metbuat.az-a istinadən bildirir ki, Elçin Əlibəyli xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb. Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV-nin və layihənin sahibi “Azərxalça” ASC-nin daha dəqiq bildiyini söyləyib.

Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev verdiyi açıqlamada qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.

O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.

Bənzər yazılar

Back to top button