İdman

“İki şoka düşmüş oğlanı…” – Spalletti polisə çağırılan milli üzvlərindən danışdı

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti Sandro Tonalli və Nikolo Dzanyolonun yığmanın heyətindən kənarlaşdırılmasına aydınlıq gətirib.

Fanat.az xəbər verir ki, jurnalist Nikolo Skira onun dediklərini sosial şəbəkə hesabı üzərindən belə çatdırıb:

“Baş verənləri nəzərə alsaq, bu doğru qərar idi. Biz iki şoka düşmüş oğlanı heyətdə saxlaya bilməzdik. Amma o da həqiqətdir ki, ədalət hər şeydən öndədir: yersiz şeylər baş verirsə, o zaman cavab vermək lazım gəlir”.

Xatırladaq ki, Tonali və Nikolo Dzanyolo qanunsuz mərc oyunlarında iştirak etmək ehtimalı ilə bağlı polisə dindirilməyə çağırılıblar.

Bənzər yazılar

Back to top button