CəmiyyətManşet

Hazırda Bakıda marşrut xətlərinin fəaliyyəti iflic olub – Səbəb

Hazırda paytaxt ərazisində bəzi marşrut xətləri üzrə avtobuslar xidmət göstərə bilmir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” şirkəti məlumat yayıb.

“Hörmətli sərnişinlər, hazırda avtobuslarımızda ödəniş aparatlarında yaranmış problemlər səbəbindən istismarımızda olan bütün marşrut xətləri üzrə avtobusların əksəriyyəti xidmət göstərə bilmir.
Gecə saatlarında təchizatçı şirkətin (BakıKart üzrə operator olan KGroup şirkəti) aparatlarda proqram yenilənməsi həyata keçirməsindən sonra marşrut xətlərinin fəaliyyəti iflic olub. Mövcud vəziyyət sərnişinlər kimi şirkətimizə də böyük maddi-mənəvi zərər vurur”, – məlumatda bildirilib.

Məlumat üçün qeyd edək ki, “K Group” MMC Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimliyə bağlı şirkətdir.

Bənzər yazılar

Back to top button