Bizim seçimGündəmManşet

Azərbaycan ordusu iki postu ermənilərdən alıb

Erməni hərbçiləri böyük itkilərlə geri çəkilmək məcburiyyətində qalıb

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində irəliləyişi haqda informasiya öz təsdiqini tapır.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan hərbi bloqeri Tofiq Şahmuradov öz mənbələrinə istinad edərək, Azərbaycan Ordusunun müvəffəqiyyətinin təfərrüatlarını açıqlayıb. Ancaq “virtualaz.org”un yazdığına görə, sonra bloqerin yazısı sosial şəbəkələrdən silinib.

Tofiq Şahmuradovun verdiyi informasiyaya əsasən, Naxçıvanda xüsusi təyinatlılar ermənilərdən iki postu qaytarıblar və bununla neytral zonada yerləşən Günnüt kəndini atəş altından çıxarıblar. Erməni hərbçiləri böyük itkilərə görə postları tərk etmək məcburiyyətində qalıblar.

Edik Bağdasaryan

Bu postlar yüksək dağlıq ərazidə yerləşir və erməni hərbçiləri Günnüt kəndinə məhz onun sayəsində nəzarət edirdilər. Hazırda kənd Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Bu barədə Ermənistanın “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan da dünən bəyan etmişdi. Onun sözlərinə görə, Azərbaycan Ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük bir ərazini nəzarətə götürüb.

“Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olublar”, – deyə E.Bağdasaryan bildirmişdi.

Azərbaycanın rəsmi dövlət xəbər agentliyi “AzərTAc” da mayın 24-də ordumuzun Naxçıvan istiqamətində “planlı mühəndis-istehkam işləri apardığı” barədə xəbər yaymışdı.

Məlumatda deyilirdi ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb.

Bənzər yazılar

Back to top button