İdman

“Kriştianu əsl Ronaldonun mən olduğumu eşidəndə əsəbiləşir” – Braziliyalı Ronaldo

Ad bənzərliyi səbəbindən tez-tez “Real”ın sabiq hücumçusu, braziliyalı Ronaldo və “Yuventus”un forvardı Kriştianu Ronaldu arasında müqayisələr aparılır.

Fanat.Az xəbər verir ki, son olaraq, “fenomen” Ronaldo instaqram canlı yayımında Fabio Kannavaro ilə söhbəti zamanı bu məsələyə münasibət bildirib:

“Əlbəttə, Kriştianu əsl Ronaldonun mən olduğumu eşidəndə əsəbiləşir. İnsanları müqayisə etmək olmaz. Kriştianu çoxlu qolların müəllifidi, hər mövsüm inanılmaz stabillik nümayiş etdirir və bu sayədə o, futbol tarixində əbədi olaraq qalacaq. Messi kimi, Kriştianu da ən yaxşılardan biridi”.

Kriştianu Ronaldu ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın şərəfinə adlandırılıb. Braziliyalı Ronaldo kimi, o da “Real”da çıxış edib.

Bənzər yazılar

Back to top button