Dünya

Əhməd Məsudun dəstəsilə “Taliban” arasında qarşıdurma başladı, ölənlər var

Pəncşir əyalətində Əhməd Məsudun komandanlığı altında toplanan dəstə “Taliban”la vuruşmağa başlayıb.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Pəncşir milli müqavimət qüvvələri, bölgənin qərb hissəsindəki dayaqlardan birini ələ keçirməyə çalışan “Taliban”silahlılarının hücumunu dəf edib. “Taliban” qüvvələri arasında ölən və yaralananların olduğu bildirilib. Hazırda bölgədə vəziyyət sakitdir. Verilən məlumatlara görə, danışıqlar prosesi heç bir nəticə vermir. “Taliban”ın hərbi əməliyyatlara hazırlaşdığı və bölgədə kəşfiyyat apadığı vurğulanıb.

Xatırladaq ki, Əfqanıstanda “Taliban”ın nəzarətində olmayan yeganə bölgə Pəncşir əyalətidir. Oradakı qüvvələrə 90-cı illərdə “Taliban”a qarşı vuruşmuş məşhur komandir Əhməd Şah Məsudun oğlu Əhməd Məsud başçılıq edir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button