İqtisadiyyatManşet

Gömrük Komitəsi böyük miqyaslı korrupsiyanı etiraf etdi – ŞOK RƏQƏMLƏR

Dövlət Gömrük Komitəsi fəaliyyətində yol verdiyi böyük həcmli korrupsiyanı etiraf edib. Belə ki, qurumun açıqladığı rəqəmlər bunu deməyə əsas verir.

AzToday.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycana satış məqsədilə gətirilən qol saatlarının sayı 1 milyon 683 min ədəd olub. Halbuki 2015-ci ildə gömrük sənədlərində ölkəyə 63 min ədədə yaxın saat gətirildiyi bildirilirdi. Bu da o deməkdir ki, iqtisadi böhranın dərinləşdiyi 2016-cı ildə ölkəyə saat idxalı rəsmiyyətdə 26 dəfə artıb.

Şübhəsiz ki, saat idxalının artımıa səbəb heç də Azərbaycanda hamılıqca qol saatı taxmağa marağın yaranması deyil. Digər mal çeşidlərində olduğu kimi, əsasən, 2016-cı ildən bəri ölkə gömrüyündə saat idxalı da tam rəsmiləşdirilməyə başlanılmasıdır.

Gömrük Komitəsinin hesabatında 2016-cı ildə ölkəyə gətirilən saatların yarıdan çoxunun (992.3 min ədəd) qiymətli metal korpusu olduğu əksini tapıb. Bununla belə, bu sayda saatın gömrükdə, vur-tut, 2 milyon 160 min dollara bəyan edilməsi sual doğurur – bir saat 3.90 manat.

Gömrük Komitəsinin açıqladığı rəqəmlərdən görünür ki, qurumun fəaliyyətində korrupsiya sərhəd tanımırmış…

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi 2016-cı ilə qədər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasında olub.

Əhmədov Murad

AzToday.az

Bənzər yazılar

Back to top button