Dünya

​​​​​​​Türkiyədə “çörək yalnız axmaq cəmiyyətlərdə əsas ərzaqdır” deyən şəxsi həbs etdilər

Türkiyədə noyabrın 9-da çörəkçilər ittifaqının başçısı “Türkiyə millətini təhqir etdiyinə” görə həbs olunub.

Bu barədə məlumatı Türkiyə mediasına istinadən Reuters agentliyi yayıb.

Türkiyə Çörək İstehsalçıları İttifaqının sədri Cihan Kolivar deyib ki, cəmiyyətin “bu axmaq çörək tamarzılığı” onun niyə Recep Tayyip Ərdoğan hökumətinə iki onillikdir səs verməsini yaxşı izah edir.

Kolivar bu sözləri noyabrın 8-də HaberTürk telekanalına müsahibəsində, ölkədə çörəyin kəskin bahalaşmasından və yüksək inflyasiyadan danışarkən demişdi:

“Çörək yalnız axmaq cəmiyyətlərdə əsas ərzaqdır. Mən elmi əsasla danışıram, bunu özümdən uydurmuram. Türkiyədə adambaşına çörək istehlakı ildə 210 kiloqram, İsveç, Norveç, Danimarka, İngiltərə və Yaponiyada isə 45-50 kiloqramdır. Bizim cəmiyyət qarnını çörəklə doydurduğuna görə belə rəhbərlər 20 ildir ki, hökm sürür”.

İstanbul məhkəməsi Kolivarın məhkəməyədək həbs olunması barədə qərar çıxarıb.(Azadliq radiosu)

Bənzər yazılar

Back to top button