Dünya

ABŞ Senatı Ukraynaya 60 milyardlıq yardımı təsdiqlədi

Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Senatında yekun səsvermə zamanı təsdiqlənib.

Yeniavaz.com xəbər verir ki, Səsvermə “C-SPAN” peyk televiziyası tərəfindən yayımlanıb.

Qanun layihəsinin lehinə 70, əleyhinə 29 senator səs verib.

Senatda təsdiqləndikdən sonra qanun layihəsi prosedura uyğun olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasına göndərilir.

Qanun layihəsi Kiyevə yardım üçün 60,06 milyard dollar, Təl-Əvivə 14,1 milyard dollar, Tayvana isə 20,84 milyard dollar ayrılmasını nəzərdə tutur.

Bənzər yazılar

Back to top button