Hadisə

Azərbaycan yeni qorxulu virusun gəlişinə hazırdırmı? (PROFESSOR)

Hazırda yayılan koronavirusa qarşı vaksinasiya hazırlanmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla deyib. Onun sözlərinə görə, Azərbaycanda bu virusa qarşı vaksinasiya hazırlanmayıb:

“Vaksinasiya yalnız bundan sonra tətbiq oluna bilər. Hazırda mövcud olan vaksinasiya koronavirusa qarşı hazırlanmayıb. Ondan istifadə etsələr də, koronavirusa qarşı təsiri olmayacaq.

Qrip virusuna qarşı vaksin bir il bundan əvvəl hazırlanıb. Bu vaksini etibarlı hesab etmirəm. Düşünürəm ki, vaksin hazırda mövcud virusa qarşı hazırlanmalıdır. Bu vaksinin hazırlanması üçünsə xeyli zaman lazımdır”.

Adil Qeybulla koronavirusa qarşı karantin tədbirlərinin görülməsini daha düzgün hesab edir:

“Karantin tədbirlər görülməlidir, əhali maariflənməlidir. Bununla bağlı mətbuatda mütəmadi çıxışlar olmalıdır. Təəssüflər olsun ki, biz bunların heç birini mətbuatda müşahidə eləmirik”.

Bənzər yazılar

Back to top button